Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

17 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Oxşar xəbərlər
OTACI