Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağır zədə alan Şahruddinin son durumu - 25 tikiş qoyulub

16 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ" bu gün "Səbail"lə matçda üzündən ağır zədə alan futbolçusu Şahruddin Məhəmmədəliyevin durumunu açıqlayıb.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında millimizin qapıçısına bu gün 25-ə yaxın tikiş qoyulduğunu deyib:

"Ən qorxduğumuz məqam  beyin silkələnməsi idi ki, o da yoxdur. O, yalnız üz, burun və baş nahiyəsindən xəsarət alıb. Rəqibin oyunçusunun butsla üzə zərbəsi nəticəsində ona 25-ə yaxın tikiş qoyulub. Tikiş yerlərinin bərpası hardasa 12-14  gün çəkir. Yəni Şahruddin ən azı 2-3 həftə sonra meydana qayıda bilər".

Xatırladaq ki, "Səbail"in futbolçusu Amil Yunanov top uğrunda mübarizə zamanı Ş.Məhəmmədəliyevin başına zərbə ilə vurub. Oyuna davam edə bilməyən qapıçı Emil Balayevlə məcburi əvəzlənib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI