logo
First slide

Azərbaycanda daha 48 nəfərin əmək müqaviləsi olmadan işlədiyi aşkarlanıb

16 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Press.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən müxtəlif tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib. Bu zaman Abbasova İradə Əli qızına məxsus tikiş sexində 41 nəfər, Ələkbərova Aydagül Kərim qızına məxsus tikiş sexində isə 7 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinı yetilməsinə cəlb olunduğu müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş İ.Abbasova barəsində tərtib olunmuş materialın hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

"Dövlət Vergi Xidməti vergi ödəyicilərini qanunvericilyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır və bildirir ki, əmək müqaviləsinin bağlanılmaması işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, həmçinin iş yerlərinin və əmək haqqı gəlirlərinin dövlət büdcəsindən gizlədilməsi hüquqi və cinayət məsuliyyətinə səbəb olur", - deyə qurum bəyan edib.

Oxşar xəbərlər
OTACI
OTACI