logo
First slide

Bakıda evlərdən 45 min manatlıq oğurluq edən qardaşlar tutuldu - VİDEO

16 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda evlərdən oğurluq olub.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı silsilə mənzil oğurluğu etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.

Əməliyyat nəticəsində paytaxt sakinləri Zamin, Firuz və Orxan Əliyev qardaşları, Nazim Ələsgərov, eləcə də Əkbər Əsədov tutulublar.

İlkin araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri Sabunçu rayonu Zabrat və Balaxanı qəsəbələrində 4, digər rayonların ərazilərində isə 13 fərdi yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayıblar.

İstintaq zamanı onların təkcə Sabunçu rayonunda törətdikləri oğurluqlarda zərərçəkən şəxslərin ümumilikdə 45 min manatdan artıq qızıl-zinət əşyalarını oğurladıqları məlum olub.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

"Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildirilib.

Oxşar xəbərlər
OTACI
OTACI