Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Moldova paytaxtında Heydər Əliyevin yeni büstü qoyulacaq - FOTO

16 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Moldovanın paytaxtı Kişinyov şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yeni büstü qoyulacaq.

Press.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, büstün müəllifi tanınmış Azərbaycan heykəltəraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.

Ulu öndərin Bakıda hazırlanmış büstü artıq Moldovaya gətirilərək səfirliyə təhvil verilib.

Büst ölkəmizin Kişinyovdakı diplomatik nümayəndəliyinin yeni kompleksinin açılışı zamanı səfirliyin binasının qarşısındakı parkda qoyulacaq.

Oxşar xəbərlər
OTACI