Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lənkəranda piyadanı vurub qaçan sürücü saxlanıldı

16 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəranda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, aprelin 14-də axşam saatlarında Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini Z.Əliyeva vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “VAZ-2107” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Xolmili kənd sakini Samid Hacıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər
OTACI