Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Arıqlamaq üçün niyə su içməliyik?

14 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Düzgün maye istehlakı olmadan fiziki yüklər və sağlam qidalanma arıqlamaq üçün istədiyiniz nəticə verməyəcək.

Press.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, su düzgün metabolizm və orqanizm üçün çox əhəmiyyətlidir. Çünki su qəbulu zamanı onun tərkibində olan faydalı maddələr, vitaminlər və oksigen orqanizmimizə daxil olur.

Əgər insan kifayət qədər su içirsə, orqanizmdə davamlı olaraq maye axını yaranır. Əks halda, hüceyrələr durğun halda olur. Bu da artıq çəki və piylənməyə gətirib çıxarır.

Arıqlamaq üçün isə yalnız maye qəbuluna üstünlük vermək də düzgün deyil. Bunun üçün pəhriz və idmana da yer ayırmaq lazımdır.

Su içərkən onun soyuq və ya isti yox, otaq temperaturunda olması məsləhət görülür. //Axşam.az 

Oxşar xəbərlər
OTACI