Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Atalanta"nın futbolçularından əla zarafat - Video

14 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Atalanta”nın futbolçuları "Yuventus"un oyunçusu Kriştiano Ronaldodan forma istəyib, lakin "yox" cavabı alan komanda yoldaşları Robin Qosenslə zarafat ediblər.

Press.az xəbər verir ki, Qosens bir neçə gün əvvəl açıqlamasında “Yuventus”la oyundan sonra Ronaldodan forma alamağa cəhd etdiyini, lakin 36 yaşlı hücumçunun ona "yox" cavabı verdiyini demişdi: Ronaldoya yaxınlaşaraq, formasını istədim. O isə üzümə belə baxmadan "yox" cavabını verdi. Sonra oradan uzaqlaşdım. Amma özümü alçaldılmış kimi hiss edirdim. Bu hadisəni heç kimə danışmadım".

Komanda yoldaşları isə 26 yaşlı müdafiəçinin bu açıqlamasından sonra onunla zarafat etmək qərarına gəliblər. Belə ki, oyunçular Qosensə Ronaldonun satışda olan formasını alıb, hədiyyə ediblər.  Futbolçu isə komanda yoldaşlarının bu addımını gülüşlə qarşılayıb.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI