Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha bir cüdoçumuz koronavirusa yoluxdu, AÇ-ni buraxacaq

14 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

Press.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy koronavirus testi müsbət çıxdığı üçün yarışı buraxacaq.

Daha əvvəl 73 kq-dakı Rüstəm Orucovun infeksiyaya yoluxduğu üçün yarışa yollanmayacağı bəlli olub.

Azərbaycanı Avropa çempionatında 9 idmançı təmsil edəcək. Kişilərin mübarizəsində 8, qadınların yarışında isə 1 cüdoçu qüvvəsini sınayacaq. Lissabona Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) yollanacaq.

Qeyd edək ki, Avropa çempionatı 16 - 18 apreldə olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI