logo
First slide

Kütləvi dini mərasimlərlə bağlı yeni qaydalar müəyyənləşir

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kütləvi dini ibadət, ayin və mərasimlərin keçirilməsi qaydası müəyyənləşir.

Press.az xəbər verir ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir.

Qanuna əlavə edilən yeni 6-1-ci maddəyə əsasən, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunacaq.

Oxşar xəbərlər
OTACI
OTACI