logo
First slide

Naftalanda nişan mərasiminin keçirilməsinin qarşısı alınıb

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naftalan şəhərində pandemiya qaydalarını pozaraq mərasim keçirənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinə (ŞPŞ) şəhər ərazisində nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Oxşar xəbərlər
OTACI
OTACI