logo
First slide

Prezident məcburi köçkünlərin geri qaytarılması ilə bağlı TARİXİ AÇIQLADI

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Məcburi köçkünlərin hamısının nə vaxt qaytarılacağını demək çətindir, lakin onlar mərhələlərlə geri qaytarılacaq”.

Press.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

"Böyük ehtimalla qayıdış infrastruktura yaxın olan kəndlərdən başlayacaq. Məsələn, Ağdam, Füzuli, Cəbrayılda xətlər, elektrik, su çəkmək daha asandır və yavaş-yavaş biz davam edəcəyik. Eyni zamanda biz Laçında hava limanı inşa etməyi düşünürük, çünki Laçına getmək asan deyil. Həmçinin Kəlbəcərə də yol çəkilir.

Mövcud yollar hazırda Rusiya sülhməramlılarının nəzarətindədir, biz bu yollardan istifadə edirik, lakin bəzən nə vaxt və necə, bəlli olmur. Bizim çoxlu tunellər tikməyə ehtiyacımız var. Beləliklə, dəqiq vaxt demək mənə çətindir, amma bu iş mərhələlərlə aparılacaq. Ümid edirəm, gələn ildən başlayaraq ilk məcburi köçkünlər artıq öz torpaqlarına qaytarılacaq”.

Oxşar xəbərlər
OTACI
OTACI