logo
First slide

Oruc tutanlar bu cür qidalanmalıdır

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, sabahdan Ramazan ayı başlayır. Oruc tutulan saatlarda bədənimizdə yorğunluq, halsızlıq və davamlı yuxululuq hiss oluna bilər. Bu çox zaman imsak zamanı qidalanmamızda yol verdiyimiz yanlışlardan irəli gəlir.

Press.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ramazanda düzgün qidalanmaq mütləqdir.

İftardan sonra imsaka qədər çalışın 2-2,5 litr su için. Əgər başağrısı, halsızlıq, ürəkbulanma varsa, buna səbəb lazımi qədər su içməməyinizdir.

Gün ərzində bir neçə dəfə qidalanma ənənəsi ikiyə düşür. Ən pis isə gec saatlarda yemək yeyə bilirik. Bu isə yediklərimizin yağ halında orqanizmimizə yığılmasına səbəb olur. Bəziləri oruc tutarkən kökəlməkdən şikayətlənirlər. Artıq çəki almamaq üçün düzgün qidalanmaq mütləqdir.

Qida rasionunuza karbohidratlar, proteyn daxil etməlisiniz. Bu həm sizi uzun müddət tox tutacaq, həm də sağlam qidalanmaya kömək edəcək.

Qara çay və qəhvə bədəndə su itirməsinə səbəb olduğu üçün onu, adi su, şirə, ayran və bitki çayları ilə əvəvzləyə bilərsiniz. Razyana çayı iftar və imsakdan sonra mədənizdə yaranacaq xoşagəlməz halları aradan qaldıracaq.

İmsaq zamanı nə yeyə ilərik?

İmsakda yağlı, duzlu, şirin qidalar az qəbul edillməlidir. Bəzən oruc saatının uzunmüddətli olması səbəbilə bol kalorili qidalara üstünlük verilir. Ancaq bu yanlışdır. Əksinə, bu cür qidaları həzm etmək daha çətindir və onlar toxluq hissi vermir. İmsakda meyvə, tərəvəz ağartı məhsulları, qoz-fındıq və yumurta sizi gün boyu tox saxlayacaq.

İftarda nələr yeyilməlidir?

İftarı şorba ilə başlamaq məqsədəuyğundur. Şorbadan sonra kiçik fasilə verib yeməyə keçə bilərsiniz. Ramazan ayında 30 gün ərzində orucu xəmir xörəkləri ilə açmaq kökəlməyə səbəb olur. Həm də sağlamlıq baxımından mənfi təsir göstərir. Çünki ağ undan hazırlanan xəmir xörəkləri qan şəkərinin tez yüksəlməsinə səbəb olur. Qan şəkərini normada saxlamaq üçün xəmir xörəklərini həftədə 2 və ya 3 dəfə yeyin. Ağ çörəyi isə kəpəkli, çovdar çörəyi ilə əvəz edin. Eyni zamanda, iftarda piroq, şorba, makaron və ya plovun yanında mütləq yüngül salat yeyin. Şəkərli şirniyyatların əvəzinə südlü və meyvəli şirniyyatlar yeyin. Onu da həftədə bir-iki dəfə yeməyiniz məsləhətdir.

Oxşar xəbərlər
OTACI
OTACI