logo
First slide

Azərbaycanda bu şəxslər Prezident, deputat ola bilməyəcək

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Din xadimləri peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyə üzvü ola bilməyəcəklər.

Press.az xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, din xadimləri peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyə üzvü ola bilməyəcəklər.

Oxşar xəbərlər
OTACI
OTACI