logo
First slide

Politoloq: “Qarabağ müharibəsinin nəticələri Belarus hərbi texnikasının effektivliyini göstərdi”

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Belarus prezidentinin Azərbaycana səfəri zamanı bir çox mövzu müzakirə ediləcək.

Bunu belaruslu politoloq, “Nomos” mühafizəkar mərkəzin direktoru, Belarus Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun tədqiqatçısı, “Belaya Rus” Respublika ictimai birliyinin eksperti Pyotr Petrovski Caliber.Az-a müsahibəsində bildirib.

“Ölkələrimizin liderləri arasında iki görüş planlaşdırılır. Birincisi qeyri-rəsmi, gəldikdən dərhal sonra, ikincisi rəsmi, 14 aprel çərşənbə gününə planlaşdırılır. Əlbəttə ki, ticari-iqtisadi, sənaye, elmi-texniki və təhsil sahəsində əməkdaşlıqlardan bəhs ediləcək. Belarus Azərbaycanla ortaq sənaye müəssisələrinin yaradılmasında maraqlıdır”, - deyə o bildirib.

Petrovskinin sözlərinə görə, danışıqların vacib mövzusu hərbi-sənaye kompleksi sahəsində əməkdaşlıq olacaq:

“Keçən payızdakı müharibənin nəticələri Belarus hərbi texnikasının effektivliyini göstərdi. Fikrimcə, bu istiqaməti inkişaf etdirməyə, əməkdaşlığı genişləndirməyə dəyər və Azərbaycan tərəfi bununla maraqlanır”.

Ekspert Belarusun da Ermənistan kimi KTMT üzvü olması və Minskdə İrəvanın mənfi reaksiya verəcəyinə dair hər hansı bir qorxunun olub-olmaması, erməni tərəfinin əvvəllər Belarus və Azərbaycan arasında hərbi sənaye kompleksində sıx əməkdaşlığıdan narazılığı məsələsinə də aydınlıq gətirib:

“Belə ittihamlar əvvəllər də səsləndirilib, indi də səsləndirilir və səsləndirilməyə davam edəcək. Bundan qaçmaq mümkün deyil. Ancaq qeyd edim ki, bunlar Belarus-Azərbaycan əməkdaşlığına münasibətdə mənasız ifadələrdir. Rəsmi Minsk İrəvandan bu mövzuda anlayış gözləmir və Belarusda buna xüsusi reaksiya verməyəcəklər. Bu cür açıqlamalar heç bir nəticəyə gətirməyəcək”.

Oxşar xəbərlər
OTACI
OTACI