logo
First slide

Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pakistana minnətdaram. Mən Pakistan xalqına müharibə zamanı davamlı dəstək göstərdiklərinə görə minnətdaram. Pakistan qarşıdurmanın ilk günlərindən son günlərinədək Azərbaycanı açıq şəkildə dəstəklədi.

Press.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib.

Prezident qeyd edib ki, Pakistan Ermənistanın təcavüzünə və işğalçı siyasətinə görə onunla diplomatik əlaqə qurmayan azsaylı ölkələrdən biridir. Bu, bizim qardaşlığımızın əsl əlamətidir. "Yəqin bilirsiniz ki, müharibə zamanı bizim şəhərlərimizdə bir çox yerdə Türkiyə və Pakistan bayraqları asılmışdı. Bu, insanların ürəklərindən gəlirdi", - deyə dövlətimizin başçısı vurğulayıb.

Oxşar xəbərlər
OTACI
OTACI