Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AFFA 4 klubu cərimələdi

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasda yeni qərarlar qəbul edib.

Press.az PFL-in saytına istinadən xəbər verir ki, Premyer Liqanın 22-ci turunun oyunlarnın müzakirəsindən sonra 4 klub cərimələnib.

“Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Sabah” – “Səbail” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Səbail” klubunun 28 nömrəli futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə” – “Keşlə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün 800 manat cərimə olunub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI