Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib - Nazirlik rəsmisi

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Cəbrayıl rayonuna mediatur təşkil olunub.

Pess.az-ın məlumatına görə, səfər zamanı jurnalistlər rayonun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçiriblər və erməni vandallarının törətdikləri vəhşiliklərin şahidi olublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Əmirvarlı kəndi ərazisində 800 yaşı olan Şərq çinarları haqqında danışıb.

O bildirib ki, ağac 1974-cü ildə xüsusi qorunma statusu alıb: "İşğal zamanı ermənilər Şərq çinarını məhv edib. Qubadlı, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında 35 belə Şərq çinarı olub. Bu rayonların hamısında ermənilər ağacları məhv edib".

Oxşar xəbərlər
OTACI