Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil - Baş infeksionist

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətəndaş bilməlidir ki, yalnız ikinci doza vaksini vurdurduqdan bir müddət sonra bədənində immunitet yaranır.

Press.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, vaksinasiya koronavirusdan 100 faiz qorumadığı üçün, heç kəs tam arxayınlaşmalı deyil:

“Immun sistemi fərqli reaksiya verir. Misal üçün yaşlı insanlarda immun sistemi zəif olduğuna görə, ola bilər ki, o immun titləri gecikə bilər, yaxud az ola bilər. Bilməliyik ki, vaksinasiya bizi virusdan tam 100 faiz qorumur. Ona görə də, yaxşı olar ki, biz həyat tərzimizi necə ki, pandemiyanın ilk günlərində olduğu kimi davam etdirək. Maska taxmaq, gigiyena qaydalarına riayət etmək, ara məsafəsini saxlamaq. Peyvənd olunsaq da, hər ehtimala qarşı sanitar-epidemioloji qaydaları gözləmək lazımdır. Qaydalara riayət etmək yoluxmanı minimuma gətirib çıxara bilər”.

T.Eyvazov əlavə edib ki, biz o zaman arxayın ola bilərik ki, yoluxma sayı kəskin azalacaq və epidemik vəziyyət qırılacaq: “Ancaq buna hələ çox var, belə ki, pandemiyanın bitməsi üçün əhalinin əksəriyyətinin peyvənd olunması gərəkdir”.

Oxşar xəbərlər
OTACI