logo
First slide

Hava proqnozlarının bəzi hallarda səhv çıxması məsələsinə aydınlıq gətirildi

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bəzi hallarda hava proqnozlarının özünü doğrultmaması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Press.az xəbər verir ki, o, beynəlxalq praktikada qəbul olunan göstəricilərin özünü doğrultma səviyyəsinin 94-96 faiz olduğunu, bunun proqnozlaşdırma prosesinin mürəkkəbliyi ilə izah edildiyini bildirib.

U.Tağıyevanın sözlərinə, Bakı şəhəri üzrə proqnozun özünü doğrultması 94,2 %, ölkənin regionları üzrə isə 91,8-94 % təşkil edir: "Hava proqnozu barədə dəqiqliklə məlumat verilməsi kifayət qədər mürəkkəb məsələdir. Elə ərazilər mövcuddur ki, bu prosesə nəzərə alınması mümkün olmayan gözlənilməz müdaxilələr ola bilər. Hər bir proqnoz üzrə bu və ya digər dərəcədə ehtimal mövcuddur. Son onilliklərdə dünya meteorologiya elmi hava proqnozu üzrə rəqəmsal texnologiyaların inkişafı sahəsində nəzərəçarpacaq dərəcədə uğurlar əldə edib. Buna baxmayaraq, hava proqnozu hazırlanarkən səhvə yol verməmək mümkün deyil. Bu ilk növbədə atmosferin mövcud vəziyyəti barədə bizim biliklərimizin dəqiq və kifayət qədər olmaması ilə izah edilir. Havanı proqnozlaşdırmaq üçün ilk növbədə həmin vaxtda atmosferdə hansı proseslərin baş verdiyini bilmək lazımdır".

O qeyd edib ki, iki günlük hava proqnozunun verilməsi üçün isə bir neçə min kilometrlik məsafələrdə olan ərazilərdəki faktiki hava şəraiti haqqında məlumat olmalıdır: "Bir həftəlik hava proqnozunun hazırlanması üçün isə bütün Yer kürəsində, o cümlədən quru və okean sahələrinin üzərindəki müxtəlif iqlim qurşaqlarında faktiki hava şəraiti barədə məlumatlar olmalıdır. İkincisi isə proqnozların hazırlanması üçün istifadədə olan metod və modellərin tam mükəmməl olduğunu hesab etmək olmaz. Bu da proqnozun doğrultma faizində özünü göstərmiş olur".

Oxşar xəbərlər
OTACI
OTACI