Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zərdabda nişan məclisi aşkar edilib

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Yarməmmədbağı kənd sakini Elman Soltanov yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Oxşar xəbərlər
OTACI