logo
First slide

Azərbaycanda diplomları tanınmayan xarici ali məktəblərin adları açıqlanıb - SİYAHI

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2021-ci ilin I rübü ərzində tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.

Təhsil Nazirliyindən Press.az-a verilən məlumata görə, qeyd edilən dövr ərzində 678 müraciətdən 493-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 185 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tanınma üzrə müraciətlərin icrası yanvar ayı üzrə 21, fevral ayı üzrə 14, mart ayı üzrə isə 20 gün ərzində tamamlanıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 103, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 72 və digər səbəblərə görə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

İxtisas seçimlərində iqtisadiyyat üzrə 112, hüquqşünaslıq üzrə 91, maliyyə üzrə 82, tibb üzrə 75, biznesin idarə edilməsi üzrə 49, mühəndislik üzrə 48, menecment üzrə 41, beynəlxalq münasibətlər üzrə 32, turizm üzrə 14, kompüter elmləri üzrə 13 və digər ixtisaslar üzrə 121 nəfər müraciət qeydə alınıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2021-ci ilin I rübü ərzində diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını da açıqlayıb. Belə ki, diplomların tanınması ilə bağlı ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 197, Türkiyədən 170, Rusiyadan 167, Gürcüstandan 50, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 83 müraciətin olduğu müşahidə olunur.

Ümumilikdə rüb ərzində verilən mənfi qərarların 29 faizi aşağıda qeyd edilən 10 ali təhsil müəssisəsini əhatə edir:

1. Tbilisi Humanitar Tədris Universiteti (12)

2. H. P. Konaşeviç-Saqaydaçnıy adına Kiyev Su Nəqliyyatı İnstitutu (6)

3. Simov Kuznets adına Xarkov Milli İqtisad Universiteti (6)

4. Odessa Dövlət Ekologiya Universiteti (5)

5. Tbilisi Açıq Tədris Universiteti (5)

6. Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (5)

7. “Sinergiya” Moskva Maliyyə-Sənaye Universiteti (4)

8. Poltava İqtisadiyyat və Ticarət Universiteti (4)

9. Voljsk Dövlət Su Nəqliyyatı Universiteti (4)

10. Avropa Universiteti (Gürcüstan) (4)

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar bölməsi ilə tanış olmaları tövsiyə olunur.

Oxşar xəbərlər
OTACI
OTACI