Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“National Interest” Rusiya və Ukrayna arasında müharibə ehtimalını qiymətləndirdi

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Həm Rusiya, həm də Ukrayna Donbasda genişmiqyaslı hərbi qarşıdurmaya ilk başlayacaqları təqdirdə özlərini pis vəziyyətdə qoymaq riski ilə üzləşirlər.

ABŞ-ın “National Interest” jurnalına görə, bu fikri milli təhlükəsizlik mütəxəssisi Mark Episkopos bildirib.

O hesab edir ki, indi Rusiyanın Donbasa qoşun göndərəcəyinə dair heç bir obyektiv əlamət yoxdur.

Əgər Rusiya belə bir addım atsa, o zaman sanksiyalarla və bəlkə də müəyyən hərbi nəticələrlə qarşılaşa bilər.

“Beləliklə, Rusiya qoşunlarının hərəkəti bir çəkindirmə tədbiri, daha doğrusu Moskvanın böyük hərbi gücündən istifadə edərək, Ukrayna qoşunlarının şərq istiqamətindəki hücumuna cavab verməyə hazır olduğunun bir siqnalı kimi qiymətləndirilməlidir”, - deyə o qeyd edib.

Mütəxəssisin sözlərinə görə, Ukrayna da eyni məntiqə tabedir. Əgər Zelenski Donbası qaytarmaq üçün güc tətbiqinə risk etsə, ABŞ və avropalıların dəstəyini itirə bilər. Üstəlik, bununla Kiyev Gürcüstanın 2008-ci ildə etdiyi strateji səhvləri təkrarlayacaq.

İndi heç bir şey onlardan hansısa birinin bölgədə müharibəyə ilk başlamağa hazır olduğunu göstərmir.

Oxşar xəbərlər
OTACI