Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyanın ən bahalı klubları - SİYAHI

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Forbes" jurnalı dünyanın ən bahalı klublarının reytinqini dərc edib.

Press.az xəbər verir ki, siyahıya tarixində ilk dəfə İspaniya "Barselona"sı başçılıq edir. Kataloniya klubunun qiyməti 4,76 milyard ABŞ dollardır.

İkinci yeri 4,75 milyard dollar dəyərə malik "Real Madrid" tutur. "Kral klubu" kommersiya gəliri baxımından liderliyini qoruyub. 2019-2020-ci illərdə paytaxt təmsilçisi reklam və sponsorlardan 424 milyon dollar gəlir əldə edib.

"Barselona"da bu göstərici 377 milyon dollar olub. 275 milyon dollar isə yayımlardan gəlib. Bu, bütün klublar arasında ən yüksək göstəricidir.

Son 16 ildə siyahıda birinci yeri 11 dəfə İngiltərə "Mançester Yunayted"i və 5 dəfə "Real Madrid" tutub.

Yeni siyahıda üçüncü pillədə 4,215 milyard dollar qiymətə malik Almaniya "Bavariya"sı qərarlaşıb.

İlk "10-luq"da İngiltərənin 6 klubu - "Mançester Yunayted" (4,2 milyard dollar), "Liverpul" (4,1 milyard dollar), "Mançester Siti" (4 milyard dollar), "Çelsi" (3,2 milyard dollar), "Arsenal" (2,8 milyard dollar) və "Tottenhem" (2,3 milyard dollar) ilə yanaşı, Fransa PSJ-si (2,5 milyard dollar) də yer alıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI