logo
First slide

Fransada koronavirus yeniyetmələr arasında geniş yayılıb

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransada koronavirusun yeniyetmələr arasında geniş yayılması narahatlıq doğurub. Son həftədə yeniyetmələr arasında 50 702 yeni yoluxma qeydə alınıb ki, bu da 31 faiz artım deməkdir. Ölkədə koronavirus xəstələrinin 80 faizi Britaniya ştammı ilə yoluxub.

Fransada son sutkada COVID-19 infeksiyasına 35 min yeni yoluxma və 176 ölüm faktı qeydə alınıb.

Press.az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirib ki, xəstəxanalarda 30 671 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində 5838 ağır koronavirus xəstəsi intensiv müalicə alır. Epidemiya başlayandan xəstəxanalarda 309 787 koronavirus xəstəsi sağalıb. Ölkədə koronavirus qurbanlarının ümumi sayı 98 750-yə çatıb.

Oxşar xəbərlər
OTACI
OTACI