Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST: Koronavirusa yoluxanların sayı ardıcıl yeddi həftədir artır

12 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı ardıcıl yeddi həftədir artmaqdadır, virusdan ölüm halları bir aydır artır.

Press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus keçirdiyi brifinqdə bildirib.

“Yanvar və fevral aylarında dünyada koronavirusa yoluxma hallarında altı həftə dalbadal azalma müşahidə edilmişdi. Artıq indi ardıcıl yeddinci həftədir yoluxma saylarında artım qeydə alınır və dörd həftədir ölüm faktları da artmaqdadır”, - o deyib.

ÜST baş direktoru COVID-19-un adi qrip olmadığını və ekspertlərin virusun insan orqanizminə uzunmüddətli təsirlərini hələ bilmədiklərini, bu səbəbdən də ehtiyat tədbirlərinə riayət etməyə davam etməyin zəruri olduğunu vurğulayıb.

Oxşar xəbərlər
OTACI