Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda və Şəmkirdə 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı

12 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda və Şəmkirdə oğurluq edən şəxslər tutulub.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da rayon ərazisindəki evlərin birindən 4 358 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Vəliyev və Q.Məmmədov saxlanılıblar.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisindəki evlərin birindən 5 400 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir şəhər sakini C.Məmmədli saxlanılıb.

Oxşar xəbərlər
OTACI