Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İnanılmaz görüntülər yayıldı - RƏSMƏN TƏSDİQLƏNDİ / FOTO

11 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pentaqonun UFO-larla bağlı gizli araşdırma aparması zamanı çəkilən qeyri-adi görüntülər ortaya çıxıb.

Press.az Redaktor.az-a istinadən xəbər verir ki, yaradılan xüsusi İşçi Qrupu Cənubi Kaliforniya sahillərində ABŞ hərbi qüvvələrinə aid təyyarələrin UFO ilə qarşılaşmasını əks etdirən video və fotoların yer aldığı əhatəli Konqres hesabatı üçün dəlillər toplayır.

Hesabatın bir hissəsi digər hərbi və kəşfiyyat rəsmilərini UFO sirrinin mahiyyəti barədə məlumatlandırmaq məqsədi daşıyır. 

2019-cu ilin iyul ayında Hərbi Dəniz Qüvvələri zabitləri tərəfindən gecə görmə cihazı istifadə edilərək qeydə alınan videoda qırıcılardan 700 fut yüksəklikdə piramida formada düzülmüş UFO-lar əks olunub.

Çəkilən görüntülərin həqiqi olduğu sübuta yetirilib və bununla bağlı sənədlər toplanaraq araşdırılmağa göndərilib.

Oxşar xəbərlər
OTACI