logo
First slide

Naftalanda toy keçirilməsinin qarşısı alınıb - VİDEO

11 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naftalanda toy mərasimin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə Naftalan şəhər Polis Şöbəsinə (RPŞ) şəhər ərazisində toy mərasiminin keçirilməi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 4 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

 

Oxşar xəbərlər
OTACI
OTACI