Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Real” “El Klasiko”nu qazandı

11 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniya La Liqasının 30-cu turunda əzəli rəqiblər “Real”la “Barselona” üz-üzə gəlib.

Press.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan komandaların “El Klasiko”su “Alfredo di Stefano” stadionunda keçirilib.

Kataloniya klubunun kapitanı Lionel Messi meydana çıxmaqla “El Klasiko”larda ən çox iştirak edən əks tərəfin kapitanı Serxio Ramosa məxsus (45 oyun) rekorda şərik olub. Matça Kərim Benzemanın 13-cü dəqiqədə vurduğu erkən qolla başlayan “kral klubu” birinci hissənin ortalarında (28-ci dəqiqədə) Toni Kroosun cərimə zərbəsi sayəsində fərqi iki topa çatdırıb.

“Barselona” 60-cı dəqiqədə Oskar Minquezanın qolu ilə hesab arasındakı fərqi azaltsa da, bərabərlik qoluna gücü çatmayıb. Kasemironun 90-cı dəqiqədə qırmızı vərəqə alması da nəticəyə təsir etməyib.

Beləliklə, güclü yağış altında keçirilən görüşdə 2:1 hesablı qələbə qazanan “Real” turnir cədvəlində nəinki əzəli rəqibini geridə qoyub, hətta “Atletiko” ilə xalları bərabərləşdirərək, liderliyə yüksəlib. Aktivində 65 xalla 3-cü sıraya düşən “Barselona” isə liderlərdən 1 xal geri qalır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI