Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fəxrəddin Altun: “Bir daha böyük qürurla “Qarabağ Azərbaycandır” deyirəm”

10 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Türkiyə-Azərbaycan arasında yaradılmış ortaq media platforması örnək təşkil edir. Biz istəyirik ki, bunu Türk Şurasına üzv dövlətlərlə də quraq”.

Press.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu: “Eyni zamanda media sahəsində əlindən gələni etdi. Biz əl-ələ verəcəyimiz halda aşa bilməyəcəyimiz maneə olmadığını gördük. Buradan bir daha böyük qürurla “Qarabağ Azərbaycandır” deyirəm”.

Oxşar xəbərlər
OTACI