Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İdmançımız Avropa çempionatında qızıl medal qazandı

10 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağır atletika üzrə idmançımız Dadaş Dadaşbəyli Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb.

Press.az xəbər verir ki, 102 kq çəki dərəcəsində mübarizə aparan Dadaş Dadaşbəyli birdən qaldırmada 177 kq-ı başı üzərinə qaldırıb və bütün rəqiblərini üstələyərək birinci yeri tutub. Təkanla qaldırmada 202 kq ağırlığın öhdəsindən gələn idmançı bu hərəkətdə 7-ci olub. Ümumilikdə 379 kq (177+202) nəticə göstərən Dadaşbəyli yekun sıralamada bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Daha əvvəl Boyanka Kostova (59 kq) Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI