Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polisə xəsarət yetirərək azad olunan ərazilərə keçən şəxslər saxlanıldı

10 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Aprelin 9-da saat 18.15 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Seyidəhmədli kəndindən Alxanlı kəndi istiqamətində nəzarət postundan kənar yollarla icazəsiz olaraq keçən “VAZ-2106” markalı avtomobilin sürücüsünə növbəti nəzarət postunda “saxla” işarəsi verilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, sürücü polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərərək, avtomobili onların üzərinə sürməklə polis əməkdaşının və Daxili Qoşunların hərbi qulluqçusunun ayaq nahiyələrinə xəsarət yetirərək ərazidən uzaqlaşmağa cəhd göstərib.

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobilin rayonun Kərimbəyli kəndində saxlanılaraq Füzuli RPŞ-yə gətirilməsi təmin olunmuşdur. Araşdırmalarla sürücü və sərnişinin Beyləqan rayon sakinləri Zamir Əhmədov və əvvəllər məhkum edilmiş Zamiq Fərzəliyev olduğu, onların əlvan metal yığmaq məqsədi ilə həmin ərazilərə keçmələri müəyyən olunub.

Hal-hazırda faktla bağlı Füzuli RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI