Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Fəryad - 2” filminin çəkilməsi ilə bağlı danışıqlar gedir - RƏSMİ

09 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Həm Vətən müharibəsinə həsr olunmuş, həm də digər sahələrlə bağlı yeni layihələr gözlənilir.

Press.Az xəbər verir ki, bu barədə “Mədəniyyət” qəzetinə müsahibəsində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib:

“30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. İlk dəfə “Mədəniyyət” qəzetinə açıqlama verirəm ki, artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli filmi çəkməyə imkan verən ən müasir avadanlıqlarımız var. “Azərbaycanfilm” ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur”.

O bildirib ki, yeni layihələr sırasında Mirsadıq Ağazadənin “Eviniz abad” adlı bədii filminin çəkiliş materiallarından “Köşk” adlı 5 seriyadan ibarət mini-serial hazırlanması da var:

“Film noyabr ayına qədər yekunlaşacaq. Artıq serial səsləndirmə mərhələsindədir. Daha bir layihəmiz Bakı Media Mərkəzi ilə birgə hazırladığımız “Biz” adlı sənədli filmdir. Bu filmin layihəsi 44 günlük Vətən müharibəsi dönəmində öz telefonlarında videoçəkilişləri ilə trendə düşmüş insanlardır. Layihənin çəkilişləri sona çatıb. Rejissoru Orman Əliyev olan sənədli film montaj prosesindədir və noyabr ayınadək təhvil verməyi düşünürük.

Elçin Musaoğlunun “Məryəm” filmi də istehsaldadır. İlin sonuna qədər bu film də təhvil veriləcək. Bundan əlavə, rejissor Vaqif Mustafayevə “Fəryad – 2” filminin ssenarisini sifariş etmişik və həmin filmin də istehsalı ilə bağlı Mədəniyyət Nazirliyi ilə danışıqlar gedir”.

Oxşar xəbərlər
OTACI