logo
First slide

Rusiya Baş prokuroru Fəxri xiyabanı ziyarət edib

09 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov Azərbaycana səfəri çərçivəsində Baş prokuror Kamran Əliyevlə birgə Fəxri xiyabanı ziyarət edib.

Bu barədə Press.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Hər iki şəxs xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra hər iki ölkənin Baş Prokurorları tərəfindən 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılan kompleks ziyarət edilib, abidə önünə əklil qoyularaq xatirələri ehtiramla yad olunub.

Qeyd edək ki, Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov aprelin 8-də Baş prokuror Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Oxşar xəbərlər
OTACI
OTACI