logo
First slide

İtaliya azarkeşlərlə bağlı təminat verə bilmədi - Avro-2020

09 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo ölkəsinin Avro-2020-nin paytaxt Romada keçirilək oyunları üçün azarkeşlərlə bağlı təminat verə bilməyəcəyini açıqlayıb.

Press.az xəbər verir ki, “Footbal Italia”ya danışan komitə rəhbəri vaxtın az olduğunu bildirib: “Bəzi tədbirlərin azarkeşlə və ya azarkeşsiz keçiriləcəyini əminliklə deyə bilərik. Amma indiki vəziyyətdə azarkeşlərin iştirakına dair sərt tələb var. Problem ondadır ki, indi biz insanların stadionlara girişinə təminat verə bilmərik".

Qeyd edək ki, UEFA Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərə azarkeşlərlə bağlı planlarını müəyyənləşdirmək üçün son müddəti aprelin 7-dən 28-dək uzadıb.

Xatırladaq ki, Azərbaycan Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunları üçün UEFA-ya təminat verib. Dörd oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər (35 minə yaxın) azarkeş iştirak edə biləcək. 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. 

Oxşar xəbərlər
Category news

tr_star

11 Apr 2021

OTACI
OTACI