logo
First slide

Ronaldonun rekordunu təkrarladı

09 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mançester Yunayted”in futbolçusu Markus Reşford komandanın sabiq futbolçusu Kriştiano Ronaldoya məxsus rekordu təkrarlayıb.

Press.az xəbər verir ki, gənc hücumçu Avropa Liqasının 1/4 final mərhələsində “Qranada” ilə görüşdə (2:0) fərqlənərək bu mövsüm avrokuboklarda vurduğu qol sayını 8-ə çatdırıb.

Markus qollarından 6-na Çempionlar Liqası, 2-nə Avropa Liqasında imza atıb. Bununla da Reşford klub tarixinin rekordunu təkrarlayıb. Buna qədər komandanın heyətində avrokuboklarda mövsüm ərzində ən çox qol vuran futbolçu Ronaldo idi. O, 2007/08 mövsümündə bütün qollarını Çempionlar Liqasında vurmuşdu.

Oxşar xəbərlər
Category news

tr_star

11 Apr 2021

OTACI
OTACI