Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sahibkarlar üçün “Yevlax KOB evi”ndə göstərilən xidmətlərə dair təqdimat keçirilib - FOTO

09 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Aprelin 8-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün “Yevlax KOB evi”nə dair təqdimat təşkil olunub.

KOBİA-dan Press.az-a verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov mikro, kiçik və orta sahibkarlığın inkişafının, ölkə iqtisadiyyatında rolunun və rəqabətqabiliyyətinin artırılmasının iqtisadiyyatın prioritetlərindən olduğunu vurğulayıb, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılmasının bu sahədə strateji hədəflərin reallaşdırılmasında əhəmiyyətini qeyd edib. Yevlax, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibakarları KOB evinin və KOB İnkişaf Mərkəzinin xidmətlərindən aktiv istifadəyə dəvət edən nazir müavini bunun müsbət nəticəsinin fəaliyyətlərində özünü göstərəcəyini bildirib.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev KOB evinin Yevlaxda və ətraf rayonlarda sahibkarların işini asanlaşdıracağını, kiçik və orta biznesin inkişafını stimullaşdıracağını qeyd edib.

KOB evi konsepsiyası və “Yevlax KOB evi”ndə sahibkarlara göstəriləcək xidmətlərlə bağlı təqdimatında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, KOB evləri biznes subyektləri üçün operativlik, nəzakətlilik və rahatlıq prinsiplərinə uyğun, müasir innovasiyalara əsaslanan dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərinin göstərildiyi vahid məkandır. “Yevlax KOB evi”ndə sahibkarlara 16 dövlət və özəl qurum tərəfindən 20 xidmət masasında 200-dən artıq xidmət göstəriləcək. Sahibkarlara xidmətlərin operativ göstərilməsi üçün “Yevlax KOB evi”ndə lazımi şərait yaradılıb, o cümlədən biznes subyektlərinin vaxtına qənaət etməsi üçün onlayn növbə, KOB-ların xidmətlərdən məmnunluq səviyyəsini yerində müəyyən etməyə imkan verən sistemlər tətbiq olunub.

Orxan Məmmədov qeyd edib ki, sahibkarlara vahid məkanda xidmət konsepsiyasına uyğun olaraq, Yevlax, eləcə də Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar bilik və bacarıqlarının artırılması üçün “Yevlax KOB evi”ndə yerləşən KOB İnkişaf Mərkəzinin (KOBİM) ödənişsiz xidmətlərindən də yararlana bilərlər. Yevlax KOBİM tərəfindən mikro, kiçik və orta sahibkarlara, startaplara və potensial sahibkarlara təlim və məsləhət xidmətləri, şəbəkələşmə, maliyyə resurslarına çıxış və s. dəstəklər göstərilir.

Sonra KOBİA-nın fəaliyyətinə və KOB evi konsepsiyasına dair filmlər nümayiş olunub.

Oxşar xəbərlər
OTACI