Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Mançester Yunayted”lə “Roma” qalib gəldi, “Arsenal” qələbəni əldən verdi

09 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Press.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub və eyni saatda başlayıb.

“Roma” səfərdə “Ayaks”ın, “Mançester Yunayted” isə “Qranada”nın qonağı olub. “Vilyarreal” da Zaqreb “Dinamo”su ilə ilk oyunu səfərdə keçirib. Bu oyunların hamısı qonaqların qələbəsiylə yekunlaşıb.

London “Arsenal”ı isə Praqa “Slaviya”sı ilə doğma meydanda qarşılaşıb. “Topçular” bu görüşün sonlarında hesabı açsalar da, sonda meydanı bərabərliklə tərk etmək məcburiyyətində qalıblar.

UEFA Avropa Liqası

1/4 finalın ilk oyunları

8 aprel

"Ayaks" (Niderland) – "Roma" (İtaliya) 1:2

Qollar: Klaassen, 39 – Pelleqrini, 57. İbanes, 87.

"Arsenal" (İngiltərə) – "Slaviya" Praqa (Çexiya) 1:1

Qollar: Pepe, 86 – Holes, 90+4.

23:00. "Dinamo" Zaqreb (Xorvatiya) – "Vilyarreal" (İspaniya) 0:1

Qol: Moreno, 44-pen.

23:00. "Qranada" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə) 0:2

Qollar: Reşford, 31. B.Fernandes, 89-pen.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI