UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandasını açıqlayıb.
Press.az xəbər verir ki, siyahıda ən çox "Çelsi"nin futbolçuları (4) yer alıb:
Qapıçı: Eduar Mendi ("Çelsi")
Müdafiəçilər: Sesar Aspilikueta, Ben Çiluell (hər ikisi "Çelsi"), Markinyos (PSJ)
Yarımmüdafiəçilər: Marko Asensio, Vinisius Junior (hər ikisi "Real"), Kevin De Brüyne, Fil Foden (hər ikisi "Mançester Siti") Meyson Maunt ("Çelsi")
Hücumçular: Kilian Mbappe, Neymar (hər ikisi PSJ)