Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu rayonun yaşı 50-dən yuxarı olan 34 müəllimi koronavirusa yoluxdu

08 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göygöl rayonunda 34 orta məktəb müəlimində koronavirus infeksiyası aşkar olunub və müəllimlər tədrisdən kənarlaşdırılıblar.

Press.az xəbər verir ki,  bu barədə BAKU.WS-ə rayon Təhsil Şöbəsinin müdiri Elburus Atayev bildirib. Onun sözlərinə görə, yoluxan pedaqoqlar əsasən yaşı 50-dən yuxarı olan müəllimlərdir.

"Müəllim heyəti ilə yanaşı COVİD-19 infeksiysı bir neçə 11-ci sinif şagirdlərində də aşkar olunub. Düzdür, hazırda 10 və 11-ci sinif şagirdləri distant təhsil alsalar da bəzi şagirdlərdə COVİD-19 virusu aşkar olunması ilə bağlı faktlar təsdiqlənib. Yoluxma hallarına baxmayaraq Göygöl rayonunda əyani tədris prosesi davam etməkdədir. Yerli təhsil şöbəsi virusdan qorunmaq üçün tələb edilən qaydalara əməl olunmasına çalışır", - deyə E.Atayev bildirib.

Qeyd edək ki, Göygöl rayonunda 50 orta tədris müəssisəsi fəaliyyət göstərir

Oxşar xəbərlər
OTACI