logo
First slide

Dino Ndlovudan Qurban Qurbanovun açıqlamasına münasibət

08 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu onunla bağlı komandanın baş məşqçisi Qurban Qurbanovun açıqlamasına münasibət bildirib.

Press.az xəbər verir ki, Q.Qurbanovun Cənubi afrikalı hücumçu ilə bağlı bildirib ki, onun komandaya qayıtması məsələsi gündəlikdə deyil.

Hazırda Çinin “Çjetsyan Qrintaun” klubunda oynayan Ndlovu bu məsələ ilə bağlı azerisport.com saytına açıqlamasında deyib: “Əgər Qurban Qurbanov danışıqlarda ciddi heç nə olmadığını deyibsə, deməli, elədir. Mən artıq bildirmişəm ki, “Qarabağ”ı sevirəm, mənim üçün yad komanda deyil. Yayda təklif olsa, “Qarabağ”a qayıdarammı? Bu haqda da danışmışam. Əgər onlar məni qaytarmaq istəyirlərsə, məni harada tapacaqlarını bilirlər”.

Oxşar xəbərlər
OTACI
OTACI