logo
First slide

Vətən müharibəsində iştirak edən 4 qardaş haqqında film çəkilib

08 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

44 günlük Vətən müharibəsinin iştirakçısı olan dörd qardaş - Səməd, Elnur, Kamran və Afiq Hüseynovlar haqqında sənədli film çəkilib.

“Dörd qardaşın dastanı...” adlanan ekran əsərində onların qəhrəmanlığı, keçdikləri döyüş yolundan danışılır.

“Azərbaycantelefilm”in istehsalı olan filmin çəkilişləri əsasən Tovuz rayonunun ərazisində, xüsusilə Dondarquşçu kəndində aparılıb. Tovuz rayon İcra Hakimiyyəti və Qarabağ müharibəsi veteranı, deputat Arzu Nağıyevin dəstəyi ilə çəkilən filmin senari müəllifi və rejissoru Elnurə Kazımovadır. Redaktoru Sadıq Elcanlı, direktoru Sahib Heybətovdur.

Filmin yaradıcı heyətinə Elxan Rüstəmov, Elşən Bədəlov (operatorlar), Azər Kərimov (dron operatoru), Yaqub Həsənov (montaj rejissoru), Ceyhun Ağayev (səs rejissoru), Əliabbas Qasımov, Fərid Rəsulov (səs operatorları), Vəfa Bağırova (komputer qrafikası), Məlahət Əhməd (produsser) və başqaları daxildir. Mətni Toğrul Səfərov və Gülnar Səma oxuyub.

Filmdə Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin arxiv materiallarından istifadə olunub.

Qeyd edək ki, üçü ixtisaslı zabit, biri müddətdən artıq xidmət edən qulluqçu olan qardaşların ataları Mahir Hüseynov da Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olub. Səməd, Elnur, Kamran Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunu kimi Vətən müharibəsində hava hücumundan müdafiəni təmin edən qəhrəmanlardan olublar. Afiq isə Murovda artilleriyaçı sürücü kimi hərbi silah-sursatın çatdırılmasında xüsusi fədakarlıq göstərib. Filmdə qardaşların döyüşlərdə göstərdiyi müstəsna xidmətlər, Vətən müharibəsi zamanı körpəsindən yaşlısına kimi insanlarda olan Vətən sevgisi, vətən eşqi işıqlandırılıb.

Report

Oxşar xəbərlər
OTACI
OTACI