Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Efirə sərxoş çıxması iddiasına Siyavuş Novruzovdan cavab: "Mömin adamam" - VİDEO

08 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün millət vəkili Siyavuş Novruzov "Musavat TV”nin efirində sabiq deputat və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə canlı debatda olub. Lakin debat orada müzakirə olunan mövzulardan daha çox S. Novruzovun çıxışı ilə müzakirələrə səbəb olub. Belə ki, onun çıxış zamanı deyəcəyi sözü yaddan çıxarması, sosial şəbəkələrdə səhhətində problemin olması ilə əlaqələndirilib.

Press.az xəbər verir ki, bu barədə Yeniavaz.com-a açıqlama verən S. Novruzov bildirib ki, səhhətində heç bir problem yoxdur və bu iddiaları yayanlar canlı debat zamanı adını hallandırdığı şəxslərdir:

"İndi mənim çıxışım kimə sərf etmirsə, nə yazırlar, qoy yazsınlar. Allah canlarını sağ eləsin. Səhhətim də cağbacağdır. Allah hamını qorusun. Kim də nə deyirsə, Allah ona qənim olsun. Mənim orada çıxışım kimlərə sərf etmirsə, orada müəyyən adamların adını çəkdim, onlar bu işlə məşğul olurlar, bunu yayırlar. Mənim dediyim şeiri qoyublar yutuba, bunu Bəxtiyar Vahabzadə yazıb, mən yazmamışam”.

Millət vəkili debat zamanı sərxoş olması ilə bağlı yayılan iddialara isə belə cavab verdi: "Mən debata Seyidlə (Mirmahmud Mirəlioğlu) getmişdim, mömin adamam. Mən neçə illər dini komitənin (Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi) sədri işləmişəm. Çıxış müzakirəyə səbəb olub, deməli yaxşı çıxış olub. Müzakirəyə səbəb olmazsa yaxşı çıxış olmur”.

 

Oxşar xəbərlər
OTACI