Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hərbi qulluqçular üçün seminarlar keçirilir

08 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri hərbi hissələrdə seminarlar keçirir.

Müdafiə Nazirliyindən Press.az-a verilən məlumata görə, görüşlərdə hərbi qulluqçulara qabaqcıl ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlərlə bağlı məlumatlar verilir, onları maraqlandıran suallar cavablandırılır və bu sahədə mövcud məsələlər müzakirə olunur.

Oxşar xəbərlər
OTACI