Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lerikdə torpaq sürüşməsi olub, evlərə ciddi təhlükə yaranıb - VİDEO

08 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olan məlumata əsasən, Lerik rayonunun Veri Əliabad kəndində bəzi yerlərdə torpaq sürüşməsi baş verib.

Bu barədə Press.az-a FHN-inMətbuat xidmətindən bildirilib.

Məlumata görə, nəticədə, kənddə yerləşən 3 ədəd fərdi yaşayış evinin istismarı üçün ciddi təhlükə yaranıb.

Bununla bağlı mütəxəssislərin verdiyi rəyə əsasən, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürüşmə zonasında yerləşən evlərdə yaşayan ailələrin təhlükəsiz əraziyə köçürülməsi zərurəti yaranıb.

Qeyd olunanları nəzərə alaraq, FHN-in Cənub Regional Mərkəzi tərəfindən həmin evlərdə yaşayan ailələrin müvəqqəti yaşaması üçün 3 ədəd çadır ev qurulub.

Oxşar xəbərlər
OTACI