logo
First slide

Pakistanın İƏT-dəki nümayəndəsi: “Azərbaycanın Qələbəsi bizim üçün çox əhəmiyyətlidir”

08 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Zəfər Azərbaycanın nailiyyətinin bariz nümunəsidir. Eyni zamanda bu zəfər bizim üçün də çox əhəmiyyətlidir. Çünki 30 ilə yaxındır İƏT bu məsələyə hər zaman xüsusi diqqət yetirib”.

Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx deyib.

“Pakistan İƏT Xarici İşlər nazirləri Şurasının növbəti Zirvə toplantısına ev sahibliyi edəcək. Biz sülhün daimi olması üçün təşkilatın həyata keçirə biləcəyi tədbirləri müzakirə edəcəyik. Pakistanda bir araya gələcək XİN başçıları səylərin səfərbər olunması üçün konkret tədbirlər planını işləməlidir. Bu tədbirlər planında sülhün dayanıqlı olunmasına yönəldilməlidir. Münaqişələrin digər bölgələrdə başa çatmasına və sülhün yaranmasına nail olunmalıdır”, - o, bildirib.

Report

Oxşar xəbərlər
OTACI
OTACI