logo
First slide

Masallıda poçt şöbəsindən seyf oğurlandı

08 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində poçt şöbəsindən seyf oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, gecə saatlarında rayonun Türkoba kəndindəki poçt şöbəsindən içərisində POS terminal, əmək haqqı kartları, təqvim möhürü və s. olan dəmir seyfin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların rayonun Türkoba kənd sakinləri A.Mirağayev və F.Əbilov olduqları müəyyən edilib.

Oğurladıqları seyf içərisindəki əşyalarla birlikdə onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI
OTACI