Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lənkəranda karantini pozan şəxslərə qarşı reyd keçirilib - FOTO

08 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə növbəti reyd təşkil olunub. Polis əməkdaşları bir daha sakinlər arasında profilaktik söhbətlər apararaq onları tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Qapalı və açıq məkanlarda, həmçinin ictimai nəqliyyatda, taksi xidməti göstərən nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Qapalı məkanlarda və ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsilə bağlı bir daha xəbərdarlıqlar edilib.

Oxşar xəbərlər
OTACI