Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində növbəti matçlar oynanılıb.
Press.az xəbər verir ki, ikinci oyun günündə 2 görüş keçirilib. "Portu" doğma meydanda "Çelsi"ni qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0.
"Bavariya" isə Münhendə PSJ-ni qəbul edib. Bu oyunda da qonaqlar qalib gəlib - 3:2.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunları aprelin 14-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
7 aprel (çərşənbə)
23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa) - 2:3
Qollar: Mbappe, 3 (0:1), Markinyos, 28 (0:2), Şupo-Motinq, 37 (1:2), Müller, 60 (2:2), Mbappe, 68 (2:3)
23:00. "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 0:2
Qollar: Mount, 32, Çilvell, 85